G7 Rusiyanı hədələdi: Əgər atəşkəs olmasa…

1219485137231.9614 scaled

G7 Rusiyanı sanksiyalarla və Ukraynaya yardımı artırmaqla hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə G7 ölkələri xarici işlər nazirlərinin Kanadadakı toplantısında qərara alınıb.

Nazirlər bildirib ki, Rusiya atəşkəsə razı olmazsa ona qarşı yeni sanksiyalar və neft qiymətlərinə artım da daxil olmaqla, məhdudiyyətlər genişləndiriləcək. Bundan əlavə Ukraynaya yardım da gücləndiriləcək.

Qeyd olunub:

G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını nəzərdən keçirir.

Ukrayna gələcəkdə də mümkün təcavüzlərdən qorunmaq üçün təhlükəsizlik zəmanəti almalıdır.

G7 atəşkəs müddətində tərəfləri girov mübadiləsinə çağırır.

Aysel Əliyeva
Globalinfo.az