Bu bölməyə rəis təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, polis kapitanı Cəfərli Rəşad Rasim oğlu Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Gəncə şəhər 2-ci polis şöbəsinin baş əməliyyat müvəkkili olub.