Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ-a İrana qarşı hücumlar üçün Britaniya hərbi bazalarından istifadə etməyə icazə verib, lakin bu bazalardan yalnız Londonun müdafiə xarakterli hesab etdiyi bazalardan istifadə etmək olar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Belə ki, bu qərar, Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerin sədrliyi ilə keçirilən iclasdan sonra qəbul edilib.
Görüş zamanı nazirlər Vaşinqtonun İran raket təhdidinə qarşı əməliyyatlar üçün Hind okeanındakı Dieqo Qarsiya bazasından və İngiltərədəki “RAF Fairford”dan istifadə etməsinə imkan verən mövcud siyasəti davam etdirmək barədə razılığa gəliblər.
Tahir Turan
Globalinfo.az