“Brent” neftin qiyməti ucuzlaşdı

Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2023-cü il martın 20-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.

Globalinfo.az  xəbər verir ki, “qara qızıl”ın bir barelinin qiyməti 2,48% azalaraq 70,89 dollar olub. Eyni zamanda, WTI markalı neftin oktyabr fyuçersləri 2,66% azalaraq 67,31 dollar/barel təşkil edib.