Böyük fəlakət yaxınlaşır, Azərbaycan bu əraziləri tutacaq – Rus politoloq ŞOK ETDİ

Rusiya-Ermənistan münasibətlərində ciddi böhran mövcuddur.

Globalinfo.az xəbər verir ki, bunu Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Dmitri Suslov deyib.

O, böhranın yaranmasının əsas səbəbinin Ermənistan hakimiyyətinin qeyri-müəyyən addımları, eləcə də Avropa Birliyini Rusiyaya alternativ görməsi olduğunu bildirib:

“Ermənistan bu yolla getsə, milli fəlakətlə, hətta 2020-ci ildən daha betər bədbəxtliklə üzləşəcək. Böyük ehtimalla Xorvatiyadakı “Serb krainı” ssenarisi həyata keçiriləcək və hətta Ermənistan ərazilərinin əhəmiyyətli hissəsi Azərbaycan tərəfindən tutulacaq. Qərb bu halda heç bir yardım göstərməyəcək, çünki onun məqsədi Ermənistanın müdafiəsi yox, Rusiya ilə postsovet məkanında mübarizədir”.

Suslov Paşinyan administrasiyasının Rusiyadan üz çevirəcəyi halda bunun Moskvada xəyanət kimi qəbul ediləcəyini deyib. O, Rusiyanın Qafqazdan çıxmaq fikrində olmadığını qeyd edib.

İlkin Həsənov
Globalinfo.az