Böyük Britaniya Ermənistana dəstək verəcək – Əməkdaşlıq anonsu

“Böyük Britaniya Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını bəyənir və Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında İrəvana dəstək vermək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.

Məlumata görə, London Rusiyanın iddia edilən cavab təhdidləri qarşısında İrəvana dəstək vermək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcək. Eyni zamanda, nazir müavini qeyd edib ki, krallıq “əməkdaşlığın dərinləşdirilməsi imkanları axtarışında” erməni tərəfi ilə sıx əməkdaşlığı davam etdirəcək.

Safura Bənnayeva
Globalinfo.az