Avropa Birliyi Rusiyadan illərlə yaratdığı enerji asılılığından bir neçə ayda xilas oldu.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Onun sözlərinə görə, blok artıq qiymətlərin artımı ilə bağlı fövqəladə gərgin fazanı geridə qoyub. Borrel qazın hər meqavat-saatının qiymətinin artıq müharibədən əvvəlki göstəricilərə çatdığını bildirib.
AB nümayəndəsinin fikrincə, artıq enerji bazarındakı gərginlikləri Ukraynadakı gərginliyə bağlamağın doğru olmadığını, bunun daha çox struktur problem olduğunu söyləyib.
Aqşin
Globalinfo.az