BNA-dan avtobusda yaşanmış insidentlə bağlı AÇIQLAMA

Ötən gün 3 nömrəli avtobusda baş vermiş hadisə ilə bağlı hələ ki bir söz deyə bilmərik. Avtobusun müşahidə kamerasının videogörüntülərini izlədikdən sonra məsələ ilə bağlı açıqlama veriləcək.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ötən gün 3 nömrəli avtobusda sürücü ilə sərnişinlər arasında yaşanan insident haqda danışarkən deyib.

Qeyd edək ki, dünən axşam saatlarında “Ayna Sultanova”dan 8-ci mikrorayon istiqamətində hərəkət edən avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.

Zaira Akifqızı
Globalinfo.az