Bakıda avtobusda dava düşdü: Sərnişin sürücü ilə əlbəyaxa oldu – FOTO

Bu gün axşam saatlarında “Ayna Sultanova”dan 8-ci mikrorayon istiqamətində hərəkət edən avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, insident “BakuBus”un 3 nömrəli marşrut xəttinə məxsus 99-JZ-186 nömrəli avtobusda qeydə alınıb.

Məlumata görə, hadisəyə səbəb sürücünün azyaşlı sərnişin üçün qapını açmaması olub.

Qapını açmayan sürücüyə sərnişinlər iradlarını bildiriblər. Bundan sonra isə avtobus sürücüsü ilə sərnişinlər arasında dava yaranıb.

Daha sonra sürücü avtobusu yolda saxlayaraq, sərnişinlərə qarşı hörmətsizlik sərgiləyib.  Belə ki, sərnişinlər bir neçə dəqiqə avtobusun hərəkət etməsi üçün israr etsələr də, sürücü siqaret çəkməyə davam edərək yerindən tərpənməyib.

Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Sərnişinlərdən biri sürücü ilə əlbəyaxa olsa da, digərləri onu ərazidən uzaqlaşdırıblar. İnsident zamanı xəsarət alan olmayıb.

Sözügedən avtobusun fotosunu təqdim edirik:

Gülnar Səlimova

Globalinfo.az