BMT-də bayraqlar yarıya qədər endirildi

Birləşmiş Millətlər Təşkilatında bayraqlar yarıya qədər endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin X hesabında paylaşım edilib.

“Son həftələrdə Qəzzada öldürülən həmkarlarımıza yas saxlamaq və onlara hörmət etmək üçün bazar ertəsi günü dünyanın müxtəlif yerlərində yerləşən Baş Qərargah və ofislərimizdə BMT bayraqları yarıya qədər endirilir”, – paylaşımda qeyd olunub.