Blinkendən Ukrayna üçün həyəcan təbili: “Kritik anını yaşayır”

“Ukrayna Rusiya ilə müharibənin kritik anını yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, indiki məqamda Ukraynaya təcili olaraq Qərbin əlavə dəstəyi lazımdır.

“Ukraynalılara özlərini müdafiə etmək üçün lazım olan hər şeyi, xüsusilə də silah və hava hücumundan müdafiə sistemlərini vermək çox vacibdir. Bu, Prezident Baydenin ABŞ Konqresinə göndərdiyi əlavə büdcə tələbinin ən qısa zamanda həyata keçirilməsini labüd edir”, – Blinken vurğulayıb.

Qeyd edək ki, Prezident Co Bayden ABŞ Nümayəndələr Palatasını hərbi və maliyyə yardımı paketini təsdiq etməyə çağırıb. Lakin Nümayəndələr Palatasının spikeri Mayk Conson daxili prioritetləri əsas gətirərək məsələni aylarla təxirə salıb.

Əliyar Xəlil
Globalinfo.az