ABŞ Dövlət katibi Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib.
Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb.
Blinken vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etmək istəyir.