Blinken 3 ölkəyə gəlir – HƏMAS İsraillə razılaşır…

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqə gəlir.

Globalinfo.az xəbər verir ki, Blinken səfəri zamanı İsrail, Qətər və Misirdə olacaq.

Qeyd edək ki, bu il ərzində Blinken dəfələrlə Yaxın Şərqi ziyarət edib. O, səfər ərəfəsində İranı İsraillə bağlı xəbərdar edib, eləcə də İsraili atəşkəsi təmin etməyə çağırıb.

Bununla yanaşı, ABŞ mətbuatı HƏMAS-ın artıq İsraillə danışıqlara başladığı barədə məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az