Bizim ailəmiz türk dünyasıdır – Adil Kərimli

“Bizim ailəmiz türk dünyasıdır”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli ADA Universitetində keçirilən “UNESCO prespektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması” adlı konfransda çıxışında deyib.

Nazir ortaq türk mədəni irsinin qorunmasında atılan addımlar barədə də danışıb.

“Bizlər zəngin olan türk mədəni irsinin qorunması, təşviqi üçün səylərimizi birləşdirməli bunun üçün platforma, mexanizm yaratmalıyıq. Belə bir platformanın yaradılması çox vacibdir.
Türkdilli dövlətlə olaraq zəngin türk mədəni irsinin qorunması üçün hüquqi və akademik platformalar çərçivəsində onun tədqiqi və araşdırılması üçün səylər göstərməliyik”, – nazir deyib.

Mədəniyyət naziri türk dövlətlərinin vahid mədəni irs nümunələrinin siyahısının tərtib edilməsinim vacib olduğunu vurğulayıb.

“Ortaq türk mədəni irsinin qorunması üçün birgə çıxış etmək, beynəlxalq platformalarda bu istiqamətdə rəy ortaya qoymaq vacibdir”, – mədəniyyət naziri deyib.

O qeyd edib ki, işğal altında olan ərazilərdə 30 il ərzində Azərbaycanın tarixi, mədəni irsi məhv edilib, bu illər ərzində bu torpaqlarda kultrasid, urbisidlər törədilib. Nazir deyib ki, bu həqiqətlərin çatdırılmasında türk dövlətləri birgə çalışmalıdır: “Türk mədəni irsinin bərpası ilə bağlı təcrübələrimiz bölüşmək vacibdir, biz bunu həm akademik sahədə, həm dövlət qurumları arasında edə bilərik”.

Nazir çıxışının sonunda ortaq türk mədəni irsinin qorunması mexanizminin yaradılmasına nail olunacağına ümid etdiyini deyib.

Konfransda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxış edib.
Baş katib Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb və deyib ki, bu əməkdaşlıqdan bütün üzvlər faydalanır.

“Üzv dövlətləri ortaq mədəniyyət, tarix, dil dəyərləri birləşdirir. Mədəniyyət sahəsində bu ölkələr arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, – deyə Baş katib Ömüralıyev vurğulayıb.

O, mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə konfrans iştirakçılarına məlumat verib.