qezza 0

İsrail Hərbi Hava Qüvvələri bir sutka ərzində Qəzza zolağının bütün ərazisinə hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Fələstinli radikal silahlı birləşmələrlə əlaqəli 150-dən çox hədəf vurulub. Zərbələr nəticəsində məhv edilən obyektlər arasında minalanmış tikililər, silah anbarları, tank əleyhinə və snayper atəşi mövqeləri, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlı radikallar olub”, – deyə bildirilib.

Paylaş: