Ukrayna ötən gecə Rusiyanın bir sıra bölgələrinə dronla hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 27-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 39 pilotsuz uçuş aparatını məhv edib. Onlardan 19-u Rostov vilayəti, 13-ü Volqoqrad vilayəti, 4-ü Krım, 1 PUA isə Belqorod və Samara vilayətinin əraziləri üzərində olub”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az