Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi: ölən var – ADLAR / YENİLƏNİB

Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.

Dəm qazından zəhərlənənlər adı isə aşağıdakı kimidir:

Kazımova Müxlisə Hacı qızı (1958);

Kazımova İlahə Əmrah qızı (1999);

Kazımova Aelyna Rahib qızı (2020);

Kazımova Anuro Rahib qızı (2022).

***

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

TƏBİB-dən bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla – 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Globalinfo.az xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.