Biləsuvar rayonundan biabırçı görüntülər yayıldı – VİDEO

Biləsuvar rayon Bəydilli kəndi, şəhid Ə.Rəsulov adını daşıyan küçənin görüntüləri müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, kəndə yağan qar, əridikdən sonra həmin küçədə gölməçə yaranıb.

Bu isə sakinlər arasında ciddi narazılıq yaradıb.

Sakinlər yaranan vəziyyətdən sonra uşaqların təhsildən yayındığını bildiriblər:

“Dəfələrlə Biləsuvar Rayon İcra Hakimiyyəti və icra nümayəndəsinə müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilmirik”, – qeyd edilib.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az