Bibisi oğlunu bıçaqlayan kişi tutuldu

Bakı sakini bibisi oğlunu bıçaqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında qeydə alınıb.

1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu bibisi oğlu 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlunu bıçaqlayıb.

Faktla bağlı Suraxanı RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və Hacıyev Yalçın Yaşar oğlu şübhəli şəxs qismində tutulub.