“Beşiktaş” – “Qalatasaray” matçını türkiyəli hakim idarə edəcək

ac79722a a21f 3ec0 a83c e3d5952cbc83 850

Türkiyə Super Liqasında XXIX turunun hakim təyinatları açıqlanıb.

Globalinfo.az xəbər verir ki, “Beşiktaş” – “Qalatasaray” oyununu əcnəbi hakim idarə etməyəcək.

TFF-nin görüşlə bağlı referi Yasin Kola tapşırıq verdiyi bildirilib.

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek kömək edəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 29-da İstanbuldakı “Beşiktaş Park” stadionunda Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.