Belarus Rusiyaya birləşəcək? – Lukaşenkodan AÇIQLAMA

“Belarus və Rusiya daha da güclü olmaq üçün belə bir ittifaq yaratmağa qadirdir”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, postsovet məkanında müxtəlif səviyyəli inteqrasiyaya malik bir neçə beynəlxalq birlik var:

“Bunlardan ən böyüyü Müstəqil Dövlətlər Birliyidir.Birliyin əsas prinsiplərindən biri azad ticarət zonasıdır. Bu baxımdan Avrasiya İqtisadi İttifaqı artıq daha təkmil strukturdur. Belarusla Rusiya arasında daha dərin inteqrasiya formalaşıb. Lakin biz iki suveren və müstəqil dövlətlər olaraq qalmalıyıq. Nə Rusiya, nə də Belarus iki dövlətin birləşməsini dəstəkləməyəcək, buna heç kim səs verməz. Belə bir addım fayda verməz, əskinə vəziyyəti daha da gərginləşdirər. Qarşılaşdığımız problemləri  addım-addım , addım-addım, sakit, təkamül yolu ilə həll etməliyik”.

Ayşən Mustafa
Globalinfo.az