Belarus müharibəyə hazırlaşır – Lukaşenko

“Belarus döyüşmək istəmir, amma müharibəyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, ölkədə müvafiq bölmələrin lazımi təlimləri keçirilir, qoşunlara müxtəlif növ silah və texnika verilir:

“Biz müharibəyə hazırlaşırıq, lakin döyüşmək istədiyimizə dair deyilənlərə inanmayın. Belə bir söz var: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Bu, mənə məxsus deyil, amma çox doğru fikirdir. Kənardan bizi tənqid edirlərsə, deməli, düz iş görürük. Əgər bizi tərifləməyə başlasalar, o zaman fəlakət olar. Belarus heç kimi hədələmir, bizə başqasının torpağı lazım deyil”.

Ayşən Mustafa
Globalinfo.az