İstanbul teraktında əli olan daha bir terrorçu ələ keçdi

Türkiyənin İstanbul şəhərində İstiqlal küçəsində partlayış törədilməsində iştirak edən terrorçulardan biri də saxlanılıb.

Globalinfo.az türk mətbuatına istinadən xəbər verir ki, Husam A.K. adlı şəxs Suriya ərazisində ələ keçirilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər ölüb, 81-i isə yaralanıb.