Bazarlarda qiymətlər necə tənzimlənməlidir? – İqtisadçı

 

Bu gün İnflyasiya və Qiymət Monitorinqi üzrə İşçi Qrupunun iclası keçirilib. İclas zamanı qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirlərinin gücləndiriləcəyi bildirilib. Maraqlıdır, administrativ metodlarla bazarı tənzimləmək lazımdır, yoxsa rəqabət mühiti yaradaraq qiymət siyasətini?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hökumət inflyasiya haqda mücadilə ilə bağlı tez-tez toplantılar keçirir:

“Bir önəmli məsələ var ki, Azərbaycanda pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənmir. Qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Məsələn, kommunal xidmətlər, enerji daşıyıcıları, dizel yanacağı, benzin, istilik sistemi və s.

Digərlərində dövlət tənzimlənməsi olmadığı üçün qiymət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, hətta problemli görünür”.

Natiq Cəfərli

İqtisadçı deyib ki, monitorinq qrupu bazar payı çox yüksək olan inhisarçıların diktəsi ilə məşğul olacaqlarsa, bu müsbət haldır:

“Zaman-zaman bu cür xəbərləri yayaraq vətəndaşlarda belə bir təəssürat yaratmağa çalışırlar ki, “bəli, biz işləyirik, qiymətləri aşağı salmağa çalışacağıq”. Lakin bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir”.

Zaira Akifqızı
Globalinfo.az