Məşhur icra başçısının qardaşı özünü öldürdü

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

Hadisə onun yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov işsiz idi.