neta

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi şam yeməyində baş verən silahlı hücuma münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Dünən gecə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi Sara (Benyamin Netanyahunun xanımı) və məni şoka saldı”, – deyə Netanyahu yazıb.

O, Donald Trampla onun həyat yoldaşının təhlükəsiz olmasından məmnunluğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: