Baş redaktor ailəsi ilə birgə qəzaya düşdü – FOTO

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşüb, polis araşdırma aparır - FOTO