Balakəndə 4 otaqlı ev yanaraq kül oldu – TƏFƏRRÜAT / VİDEO

Balakəndə yaşayış evi yanaraq külə dönüb. Evin əşyaları tamamilə yanıb.

Globalinfo.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində, Seyfullah Qurbanova məxsus ümumi sahəsi 135 kv/m olan 4 otaqlı mənzildə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.