Bakının dostu son 14 ilin ən böyük itkisi ilə üzləşdi

Macarıstan Baş naziri Viktor Orbanın lideri olduğu FİDES partiyası Avropa Parlamentində keçirilən seçkidə 44,6% səs toplayıb.

Globalinfo.az xəbər verir ki, bu nəticəni ölkənin Milli Seçki Komissiyası açıqlayıb.

Bu, Orbanın partiyasının Avropa Parlamentində keçirilən seçkidə indiyə qədər qeydə alınan ən pis nəticəsidir.

Orbanın rəqibləri isə mövcud vəziyyətlərini təkmilləşdiriblər. Belə ki, müxalifətdəki TİZSA partiyası səslərin 30,1%-ni toplayıb. Açıqlanan bu rəqəm proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çoxdur.

TİZSA-nın rəhbəri Pyotr Madyar Orbanın səs itirməsini “epoxanın sonu” adlandırıb. Orban isə bununla razılaşmır:

“Bu gün biz qoca müxalifətə, yeni müxalifətə qalib gəldik. Hansı müxalifət adlandırılmasından asılı olmayaraq, biz onlara gələn dəfə yenə və yenə qalib gələcəyik”.

Qeyd edək ki, bu nəticələrlə FİDES AP-də 11, TİZSA isə 7-ci yerə sahib olacaq.

Əliyar Xəlil
Globalinfo.az