“Tramp marşrutu” ilə bağlı məsələlərdə Rusiya və İran həmrəylik nümayiş etdirir. Hər iki ölkə bu marşruta qarşıdır, onlar bunu öz maraqlarına zidd hesab edirlər. Digər tərəfdən Avropa İttifaqı da Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Avropa İttifaqı Ermənistanla yeni anlaşma qəbul edib. Strateji gündəm adlanan sənəd imzalanıb. Bu sənəddə açıq şəkildə hərbi caniləri, Xocalı soyqırımında cinayət törətmiş şəxslərin həbsdən azad edilməsi məsələsi əksini tapıb”, – deputat qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az