Bakıda polislər bıçaqlandı – YENİLƏNİB

Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a açıqlamasında bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən
şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

***

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları – 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-cı il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Fakt araşdırılır.