Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla əlaqədar məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***17:36
“Neftçilər” metrostansiyasının yaxınlığında yanğın başlayıb.
Globalinfo.az modern.az-a istinadən bildirir ki, hadisə 62 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.