Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən köşkə basqın olub.
Globalinfo.az bildirir ki, hadisə ötən gecə saat 03-də baş verib. Naməlum şəxs bıçaqla köşkə daxil olub və satıcı Seymur Yahyayaevin sifət nahiyəsinə yumruqla zərbə endirib. Həmin şəxs daha sonra satıcını bıçaqlayaraq köşkdəki 1805 manatı götürüb. O, pulları ələ keçirdikdən sonra qaçaraq uzaqlaşıb.
S.Yahyayev Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən tədbirlər görülür.
Malik
Globalinfo.az