Bakıda kirayə avtomobillərin qiymətləri – Siyahı

Azərbaycanda avtomobillərin kirayə götürülməsi son dövrlər daha geniş yayılıb. 

Globalinfo.az baku.vs-ə istinadən bildirir ki, əsasən toy məclisləri, əlamətdar günlər və rayonlara səfərlər zamanı kirayəyə götürülən avtomobillərin qiyməti modelinə və istehsal ilinə görə dəyişir.

Kirayə avtomobil verilərkən ilk növbədə qarşı tərəfin sürücülük vəsiqəsinin olması şərtdir. Bundan sonra tərəflər arasında razılaşmaya uyğun müqavilə bağlanır.

Bakıda fəaliyyət göstərən “Rent a Car” salonları arasında apardığımız araşdırma zamanı kirayə avtomobillərin qiymətlərini müəyyənləşdirilib. Belə ki, avtomobilin ən ucuz birgünlük kirayə qiyməti 45 manatdan başlayır.

Kirayə avtomobillərlə bağlı ümumi qiymətləri təqdim edirik:

Ekonom avtomobilin günlük kirayəsi 45 manat – 60 manat, həftəlik 320 manat – 400 manat;

İdman avtomobilinin günlük kirayəsi 70 manat – 1 400 manat, həftəlik 470 manat – 9 000 manat;

Biznes avtomobilin günlük kirayəsi 80 manat – 1 400 manat, həftəlik 550 manat – 9 000 manat;

Premium avtomobilin günlük kirayəsi 250 manat – 1500 manat, həftəlik 1 500 manat – 9 000 manat.

Biznes avtomobilin günlük kirayəsi 80 manat – 1400 manat, həftəlik 550 manat – 9000 manat.