Bakıda film kimi OLAY: Banka basqın edib… – ANBAAN VİDEO / YENİLƏNDİ

13:26

Bu gün saat 12 radələrində naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialında əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.

***

Zaira Akifqızı

Globalinfo.az