Bakıda dəhşətli qəza: avtobus evin damına çıxdı – VİDEO

Bakının Suraxanı rayonunda, Köhnə Günəşli ərazisində avtobus qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hərəkətsiz vəziyyətdə dayanan 46 nömrəli avtobus güclü külək nəticəsində hərəkətə gələrək yol kənarındakı müşahidə kamerasını sındırıb, daha sonra yoldan bir neçə metr aşağıdakı hasara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Hadisə nəticəsində xəsarət alan olmasa da, vətəndaşlara külli miqdarda maddi ziyan dəyib.