
Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli yaşayış binasında vətəndaşa məxsus 1-ci mərtəbədə 3 otaq, 2-ci mərtəbədə 2 otaq olmaqla ümumilikdə 191 kvadratmetr sahədə 5 otaqlı mənzilin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi və qonşu tikililər yanğından mühafizə edilib.
***
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən fərdi evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində fərdi evdə yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.