Bakıda 16 yaşlı qıza kirayə qaldığı evdə təcavüz ediblər

Bakıda zorlanma hadisəsi baş verib.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Rayon sakini R.D polisə müraciət edərək kirayə yaşadığı evdə 16 yaşlı qızının naməlum kişi tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında Xətai rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.