“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Budapeştdə də imzalana bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Piter Siyarto “İrəvan dialoqu” konfransında deyib.
Onun sözlərinə görə, Macarıstan prosesə bu şəkildə töhfə verə bilər:
“Paytaxtımızda sülh sazişinin imzalanması mümkün görünür. Hesab edirəm ki, bu, bizim göstərə biləcəyimiz mühüm dəstəkdir”.
Qeyd edək ki, daha öncə Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev də Azərbaycan və Ermənistana sülh sənədinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.
Ayşən Mustafa
Globalinfo.az