Bakı-Quba yolunda daha bir qəza: 6 nəfər öldü – YENİLƏNİB

 

Bakı-Quba yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölənlərin hamısının kimliyi müəyyənləşib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölənlər “Mercedes-Vito”-nun sürücüsü 1977-ci il təvəllüdlü Yardımlı rayon sakini Qubadbəyli Nəsimi Əlmuxtar oğlu, onun sərnişinləri Şabran rayonu, Uzunboyad kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov, Musayev İlqar Tərxan oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Quliyev Elvin Ramiz oğludur.

“DAF” markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

X X X

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***11:28

Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

1992-ci il təvəllüdlü olan şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.

***10:45

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Sizyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes Vita” markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

Bakı-Quba yolunda minik maşını TIR-la toqquşub, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda mikroavtobus TIR-la toqquşub, 6 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-1