qatar qebele

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

Bu barədə Globalinfo.az-a ADY-dən bildirilib.

Həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bir qatar, dəmir yolu və bunu deyən yazı "31 MAYDAN Qabalaya şanba Gabalayaşanbavabazargünlri va bazar günlari ham gediş, ham galiş ADY DȘI-002 AAy" şəkili ola bilər

Paylaş: