8tvKfGLqYer2CTmnb4DurGgdXTSKuYwlNgFla6Ih 1200

Bakının Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, şosenin paytaxt istiqamətində qeydə alınıb.

Beş avtomobilin toqquşması nəticəsində bir maşın aşıb, digər ikisi isə dərəyə yuvarlanıb. Xəsarət alanların olduğu deyilir. Qəza nəticəsində ciddi tıxac yaranıb.

Qəza zamanı “Changan”, KIA, BMW X5, “Hyundai” və “Range Rover” markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: