“Qarabağı itirməklə Ermənistan regiondakı əhəmiyyətindən məhrum oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Stenford Universitetinin professoru Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Ermənistan artıq nə Qərb, nə də Rusiyaya maraqlıdır:
“Qeyri-peşəkar, sadəlövh, uşaq xarici siyasəti bizi sıfıra yaxınlaşdırdı. Biz real müttəfiqlərimizi itirdik və regionda səs hüququmuzu itirdik. Bugünkü vəziyyətdə artıq heç kimi maraqlandırmırıq. Yetimi isə hər kəs döyər”.
Əliyar Xəlil
Globalinfo.az