Qarabağdakı Rusiya Sülhməramlıları ilə Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Martirosyan istefaya göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, onun istefasına səbəb qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanla münasibətlərinin gərgin olmasıdır.
Qeyd edək ki, Martirosyan separatçıların Bakı ilə danışıqlar qrupuna daxil olan 3 şəxsdən biridir. O, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Bakı ilə aparılan demək olar ki, bütün danışıqlarda iştirak edib. Bununla belə Martirosyanın qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyanla da sıx əlaqəsi olub. Məhz bu əlaqə sayəsində Balasanyan onun Bakı ilə aparılan bütün danışıqlarda iştirakına şərait yaradıb.
Maraqlı olan isə Martirosyanın ulduzunun rus sülhməramlılarının Qarabağa gəlişindən sonra parlamasıdır. Belə ki, sülhməramlıların ilk komandanı Rüstəm Muradovun Martirosyanla yaxın əlaqələri bu işdə mühüm rol oynayıb.
Martirosyanın oğlu II Qarabağ müharibəsində itkin düşən hərbçilər siyahısındadır.
İlkin Həsənov
Globalinfo.az