“Baboş” həbs edildi

“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.