“Azərişiq” Füzuliyə köçürülən sakinləri işlə təmin edir – VİDEO

“Azərişiq” ASC Füzuliyə köçürülən sakinləri işlə təmin edir.

Globalinfo.az bildirir ki, düşmən işğalından azad edilən torpaqlarda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsi olaraq, 30 ildən sonra doğma sakinlər Zəngilan, Laçın, Füzulidə yaşayır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan işlər çərçivəsində “Azərişıq” da üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir.

Dövlət başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsi ilə rayon ərazisində lazımı bütün obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. “Azərişıq” Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var.

Biildirilir ki, qurumun məqsədi xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firəvan yaşamasında “Azərişıq” olaraq payının olmasıdır.

Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir.