Ermənistan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin əməkdaşı, Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunan diplomat Aşxen Aleksanyana hökm oxunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Vəkili Abqar Poqosyanın sözlərinə görə, məhkəmə Aleksanyanı 2 il azadlıqdan məhrum edib.
Xatırladaq ki, diplomat casusluq fəaliyyəti ilə bağlı ittiham olunur. Eyni zamanda, onun bir azərbaycanlı ilə şəxsi münasibətdə olduğu barədə iddialar da yayılıb.
Safura Bənnayeva
Globalinfo.az