Azərbaycanlı bankir Vyanada vəfat etdi – FOTO

Tanınmış azərbaycanlı bankir Fərid Əlizadə Vyanada dünyasını dəyişib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib.

Qeyd edək ki, F.Əlizadə “Rutgers” universitetini və ABŞ-nin “Rays” universitetində magistr dərəcəsini bitirdikdən sonra ölkənin aparıcı banklarında çalışıb. O, uzun müddət “Bank of Baku”nun İdarə Heyətinin sədri və baş direktoru, AFB bankın Müşahidə Şurasının üzvü olub.

azerbaycanli-bankir-vyanada-vefat-etdi