“Gənc vaxtlarımda deyirdilər ki, elə bil, milyonçudur. Onun maşınları, villaları, mühafizəçiləri var. Deyirdim ki, mənim heç nəyim yoxdur. İndi şükür, ailəm, maşınım, evim də var”.
Globalinfo.az Az24.az-a istinadən xəbər verir ki, bunu aktyor Natiq Fərzəliyev Künc-Bucaq YouTube kanalına verdiyi müsahibədə deyib.
Aktyor ona “Problem Natiq” ləqəbinin verildiyini və bunun səbəbini də açıqlayıb.
“Kiminsə kiçik bir problemi olanda, işini həll etmək üçün deyirlər ki, Natiqə de, həll edəcək. Tanıdığım-tanımadığım insanların işlərinə görə qapılar döyüb, xahiş etmişəm. Onlar da mənə dua edirlər. Onların duası məni ruhlandırır, ona görə cavan qalmışam, qocalmamışam.
Özümə görə isə qüruruma sığışdırmamışam, kiməsə ağız açım. Halbuki, desəm, işim həll olunar. Elə olub ki, dəstək gözlədiyim insanlar məndən uzaq olub. Tək qalmışam”.
Aktyor yeni açdığı Bakı Balacalar Teatrından danışıb:
“Gənc vaxtlarımda qapılar üzümə bağlı olub. Teatrda işləyəndən sonra həmin adamlar mənimlə ikiəlli görüşməyə başladılar. Ona görə istədim ki, belə adamlar əziyyət çəkməsinlər, qapılarda qalmasınlar. Bu, onlara psixoloji təsir edəcək. Bilsinlər ki, iş yerləri var. Düşünürəm ki, düzgün addım atmışam. Azərbnaycanda yeni işdir, unikaldır”.
