Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca hakim “Vətəndaş müqaviləsi” partiyası və Baş nazir Nikol Paşinyana qarşı kampaniyalar, sərt açıqlamalar artmaqdadır.
Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, müxalifətlə yanaşı artıq bəzi revanşist hüquq müdafiəçiləri də seçki mövzusunda açıqlamalar verərək Ermənistanın yenidən 10-15 il əvvəlki dövrə qayıtmalı olduğunu bildirirlər. Məsələn, erməni hüquq müdafiəçisi Nina Karapetyans “24News”un efirində çıxışı zamanı deyib ki, ölkəsi uçuruma doğru sürüklənir və hakimiyyət dəyişikliyi labüddür: “Ermənistan yoldan keçən hər kəsin girib-çıxa biləcəyi və darvazası daim açıq olan təxribatların, terror hücumlarının və ümumilikdə hər şeyin mümkün olduğu bir məkana çevrilib”.
Siyasi fəallığı ilə də seçilən hüquq müdafiəçisi iddia edib ki, guya Azərbaycan yenidən müharibə edəcək.
Qeyd edək ki, rəsmi Bakı regionda sülhü təmin edib. Xüsusilə Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri müharibənin tarixdə qaldığını göstərir.